"Qarabağ"la mübarizə apardı, "Dinamo"ya (Kiyev) rəqib oldu - AVROLİQADA PÜŞKATMA

26 Fevral 2021 16:40 Avropa Liqası 1 428
"Qarabağ"la mübarizə apardı, "Dinamo"ya (Kiyev) rəqib oldu - AVROLİQADA PÜŞKATMA

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.

"Qarabağ"la A qrupunda mübarizə aparmış İspaniya "Vilyarreal"ı 1/8 finalda Ukraynanın "Dinamo" (Kiyev) klubuna rəqib olub. İngiltərənin "Mançester Yunayted" komandası isə İtaliya "Milan"ı ilə üz-üzə gələcək.

1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

Avropa Liqası

1/8 final mərhələsinin cütlükləri

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)

"Dinamo" Kiyev (Ukrayna) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Şaxtyor" Donetsk (Ukrayna)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)

"Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)

"Qranada" (İspaniya) - "Molde" (Norveç)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!