Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku uğrunda turnirə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk yarış günü "A" qrupunda qərarlaşmış "Ağstafa" komandası "Murad" kollektivi ilə üz-üzə gəlib.
"Murad" süvarilərinin üstünlü şəraitində keçmiş görüş adı çəkilən komandanın 7-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci qarşılaşması "Qarabağ" və "Köhlən" kollketivləri arasında təşkil oliunub. Qarabağ atlılarının 3 dəqiq zərbəsinə rəqib cəmi 1 dəfə cavab verə bilib.
"B" qrupunun digər oyununda "Omar" və "Polad" komandaları münasibətlərinə aydınlıq gətiriblər.
Qarşılaşmanın taleyini 1 dəqiq zərbə həll edib. Nəticədə "Omar" minimlallesablı qələbəyə sevinib. Turnirin iddialılarından sayılan “Sərhədçi” klubu isə "Buta Golden"in qapısından 6 cavabsız top keçirib.

