Meksika Qran-prisi “Formula 1” üzrə dünya çempionatının təqvimindən çıxarıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib.
Dövlət başçısı 2019-cu ildən sonra hökumətin yarışa dəstək vermək niyyətində olmadığını bəyan edib.
Beləliklə, maliyyə dəstəyi olmadan bu ölkədə Qran-prinin təşkili şübhə altına düşüb. 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq.
Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq. Meksika Qran-prisi isə 25-27 oktyabrda təşkil ediləcək.

