Əliyev UCİ texniki nümayəndəsi kimi Özbəkistanda səfərdədir

7 Dekabr 2018 00:40 Atçılıq 691
Əliyev UCİ texniki nümayəndəsi kimi Özbəkistanda səfərdədir

Velosiped idmanı federasiyasının baş katibi Fərhad Əliyev Özbəkistanda səfərdədir.

Sportinfo.az xəbər verir ki, o, Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi kimi gələn ilin aprelində burada keçiriləcək şosse velosipedi üzrə Asiya çempionatına hazırlıq işləri ilə tanış olmaq və yarışın keçirilməsinə dəstək verməkdir.

Özbəkistan baş nazirinin müavini, bu dövlətin velosiped federasiyasının prezidenti Tənzilə Narbayeva (Tanzila Narbaeva) və Asiya Velosiped Konfederasiyasının prezidenti Osama Əlşafarla görüş zamanı Asiya çempionatına hazırlıq işləri müzakirə edilib.

Görüşdən sonra Özbəkistan velosiped federasiyası adından UCI nümayəndə heyətinə rəsmi ziyafət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız