"Ferrari"nin pilotu Fernando Alonso "Formula-1"-də karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, “Formula 1” üzrə Abu-Dabi Qran Prisi ispan üçün vida yarışı olub.
O, yarışı 11-ci yerdə başa vurub. Alonso "Formula-1"də 17 mövsüm keçirib. İspaniyalı "Minardi", "Renault", "McLaren" və "Ferrari" komandalarında çıxış edib.
İki dəfə - 2005 və 2006-cı illərdə dünya çempionu olub. Fernando Alonso daha əvvəl bildirib ki, gələcəkdə nə ilə məşğul olacağını müəyyənləşdirməyib.

