Yeddiqat “Formula-1” çempionu olan Mixael Şumaxerin oğlu Meksikada keçiriləcək Çempionlar yarışında iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, “Formula-3” pilotu, 19 yaşlı Mik Şumaxer yarışa Almaniya yığmasının heyətində dördqat “Formula 1” qalibi Sebastyan Fettel ilə birgə qatılacaq.
O, 2018-ci ildə “Formala-3” yarış seriyasının qalibi olub. Mik Şumaxer bildirib ki, Çempionlar yarışına dəvət onun üçün gözlənilməz olub.
“Almaniya millisini Sebastyan Fettellə formalaşdıracağım isə daha gözlənilməz olub. Bu, mənim üçün çətin sınaq olacaq”, - deyə o vurğulayıb.

