Beynəlxalq Atçılıq Federasiyasında (FEI) prezident seçkisi keçirilib.
Sportinfo.az xəbər verir ki, seçki Bəhreyndə FEI-nin Baş Assambleyası çərçivəsində baş tutub.
133 milli assosiasiyanın nümayəndələrinin qatıldığı mərasimdə rəhbər posta yekdilliklə İnqmar de Vos təkrar seçilib.
O daha 4 il federasiya prezidenti olacaq. De Vos 2014-cü ildən quruma rəhbərlik edir.

