Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş

10 Noyabr 2018 00:40 Atçılıq 678
Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped idmanı klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkil etdikləri 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

Sportinfo.az xəbər verir ki, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin velosiped idmanı klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

“Azneft” dairəsindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda xatirə şəkilləri çəkdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız