Baş katib “Tour of Turkey”də

17 Oktyabr 2018 20:48 Atçılıq 586
Baş katib “Tour of Turkey”də

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi kimi “Tour of Turkey” yarışında olub.

Sportinfo.az xəbər verir ki, qardaş ölkədə təşkil edilən velotur UCI-nın yüksək kateqoriyası – Dünya Turu səviyyəsində təşkil edilib.

Türkiyənin Konya, Alanya, Antalya, Fəthiyə, Marmaris, Manisa, Bursa kimi şəhərlərini əhatə edən yarışın son mərhələsi İstanbulda başa çatıb və planetin nüfuzlu idman kanalı “Eurosport”la canlı yayımlanıb.

2018-ci ildə Türkiyədə şose velosipedi üzrə müxtəlif kateqoriyalı 12 yarış keçirilib. 2019-cu ildə UCI-nın təqvim planına əlavə olaraq daha 20 yarış daxil ediləcək.

Həm də bu yarışların yay, yəni turizmin ən gur vaxtında deyil, yaz və payız mövsümündə təşkil edilməsi planlaşdırılır.

Əsas məqsəd isə velosiped idmanının inkişafı ilə yanaşı, regiona daha çox turist cəlb etməkdir. Çünki nüfuzlu velosiped yarışları demək olar ki bütün dünyanın diqqət mərkəzində olur və bu da ölkənin tanıdılması üçün çox sərfəlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti