Bakıda dərslər - VİDEO

16 Oktyabr 2018 15:48 Atçılıq 684
Bakıda dərslər - VİDEO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbində təlimlər keçirilir.

Sportinfo.az xəbər verir ki, təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri aparır.

Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontiyn, “Red Bull” atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk keçirlər.

Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir. Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız