“Top Gear” proqramının tanınmış aparıcıları Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond Azərbaycana gəliblər.
Sportinfo.az xəbər verir ki, aparıclar Azərbaycanda “The Grand Tour” verilişi çərçivəsində üç “supercar”ın test-drayvını çəkəcəklər.
Azərbaycanlı videobloger Fəxri Əsədov aparıcılarla Qazaxda çəkdiyi fotosunu paylaşıb. Bildirilir ki, mütəxəssislər “Aston Martin DBS Superleggera”, BMW M850i, “Bentley Continental GT” - ölkənin beş müxtəlif şəhərlərində sürəcəklər.
Verilişin müəllifləri və prodüserlərinin sözlərinə əsasən, Azərbaycanda yeni avtomobillərin test-drayvı zamanı tamaşaçıları xüsusi və maraqlı sınaqlar gözləyir.

