Qəbələdə Dünya Kuboku keçiriləcək - Güllə atıcılığı üzrə

4 Oktyabr 2018 16:48 Atçılıq 610
Qəbələdə Dünya Kuboku keçiriləcək - Güllə atıcılığı üzrə

2020-ci ildə Qəbələ şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku yarışı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsi iclasında qəbul olunub.

Toplantıda 2020-ci ildə keciriləcək Dünya Kubokları üçün nəzərdə tutulmuş şəhərlər təsdiqlənib və yekun siyahıda Qəbələ də yer alıb.

Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, olimpiya mükafatçıları olacaq.

Yarışın 2020-ci Tokio Yay Olimpiya Oyunlarından əvvəl, may- iyun aylarında keçiriləcəyi gözlənilir.

Azərbaycan 2014-ci ildən etibarən atıcılıq növləri üzrə Dünya Kuboku, Avropa çempionatı və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti