Azərbaycan Avtomobil Federasiyası drift məktəbinə qəbul elan etdi

3 Oktyabr 2018 14:36 Atçılıq 560
Azərbaycan Avtomobil Federasiyası drift məktəbinə qəbul elan etdi

Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən yaradılan drift məktəbinə qəbul elan olunub.

AAF-dan Sportinfo.az-a verilən məlumata görə, drift məktəbində təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçəcək.

Ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparacaq.

Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.

Qeydiyyatdan keçmək istəyən şəxslər oktyabrın 9-dək [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Drift dərslərində iştirak ödənişlidi. İlk dərslər oktyabrın 11-dən 14-dək Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti