Formula1 üzrə dünya çempionatının 16-cı mərhələsi Soçidə baş tutu.
Sportinfo.az xəbər verir ki, Rusiya qran-prisində “Mercedes” dubl edib.
İtaliya və Sinqapur ötüşmələrini qalib gələn Lüis Həmilton bu dəfə də finişi 1-ci keçib (1 saat 27:25.181). Onun komanda yoldaşı Valtteri Bottas + 2.545 saniyə gecikib.
“Ferrari”nin almaniyalı sürücüsü Sebastyan Fettel 3-cü yeri tutub. “Mercedes” mühəndislər kubokunda 495 xalla yenə öndədir. “Ferrari” 2-ci (442), “Red Bull” 3-cüdür (292). Növbəti qran-pri 5-7 oktyabrda Yaponiyanın Suzuka şəhərində olacaq.

