Azərbaycanın ilk və tək... - VİDEO

1 Oktyabr 2018 08:36 Atçılıq 730
Azərbaycanın ilk və tək... - VİDEO

Azərbaycanın ilk və tək Forumula pilotu. 2016-cı ildə “Formula 1” Azərbaycan Qran Prisində trekdə ilk sınaq yürşünü həyata keçirən Gülhüseyn Abdullayev.

Sportinfo.az xəbər verir ki, Bakı trekindəki çıxışından sonra bir sıra turnirlərə qatılan Gülhüseyn uğurlu nəticələrə nail olub.

Hazirda Türkiyədə təhsil alan həmyerlimiz növbəti yarışlar üçün məşqlərini davam etdirir. Formulada iştirak etməyi qarşısına məqsəd qoyan gənc pilotun ailəsi isə onun hər zaman yanında olub.

Dəstəklərini əsirgəməyiblər. Uğura gedən yolda Gülhüseynlə birgə addımlayıblar. “Formula 1”də bir güllə bahar olmur.

Amma Gülhüseyn öz bolidi ilə formulada cığır açır. Bu cığırın finiş xəttində bizi təkcə damalı bayraqdar deyil, həm də dalğalanan Azərbaycan bayrağı gözləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti