Polo üzrə Azərbaycan milli komandası İtaliyanın Siyene şəhərində davam edən Avropa Çempionatında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, yığma buna A qrupunun 4-cü turunda İrlandiya üzərində 5:3,5 hesablı qələbə sayəsində nail olub.
Bu, Azərbaycan atçılıq idmanı tarixində ilk belə nailiyyətdi. Bu qarşılaşmayadək hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlində 1-2-ci yerləri bölüşürdülər.
Həlledici qarşılaşmada rəqib meydan sahibi İtaliya olacaq. 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar. Avropa çempionatının final oyunu sentyabrın 30-da keçiriləcək.

