Formula-1 üzrə dünya çempionatının 15-ci mərhələsi Sinqapurda baş tutub.
Sportinfo.az xəbər verir ki, Marina-Beydə keçirilən qran-prisində “Mercedes”in sürücüsü Lüis Həmilton finişə 1-ci çatıb (1 saat 51:11.611).
O, bundan öncə İtaliya mükafat yarışını da qazanmışdı. Britaniyalıdan 8.961 saniyə geçikən Maks Ferstappen (“Red Bull”) 2-ci olub. “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel 3-cü yeri tutub.
“Mercedes” mühəndislər kubokunda 452 xalla öndədir. “Ferrari” 2-ci (415), “Red Bull” 3-cüdür (274). Növbəti qran-pri sentyabrın 28-30-da Rusiyanın Soçi şəhərində olacaq.

