Rəhbərlik yeni mövsüm üçün namizədləri gözdən keçirəcək

9 Sentyabr 2018 13:33 Atçılıq 710
Rəhbərlik yeni mövsüm üçün namizədləri gözdən keçirəcək

İtaliyanın “Ferrari” komandası Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu gün yeni mövsüm üçün namizədləri gözdən keçirəcək rəhbərlik 38 yaşlı finlandiyalı pilotla müqaviləni uzatmaq niyyətində deyil.

2019-cu il mövsümündə Sebastyan Fettelin başqa bir komanda yoldaşı olacağı bildirilir. Raykkoneni əvəzləməyə ən real namizəd kimi İsveçrənin “Sauber” komandasının pilotu Şarl Lekler göstərilir.

Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Fettel isə 226 xalla 2-c yerdədi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız