Belaruslu velosipedçi dopinqə görə yarışlardan kənarlaşdırıldı

6 Sentyabr 2018 00:00 Atçılıq 502
Belaruslu velosipedçi dopinqə görə yarışlardan kənarlaşdırıldı

Bəhreynin “Bahrain-Merida” velosiped komandasının belaruslu üzvü Konstantin Sivçov komandadan uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidi.

Testin nəticəsi barədə Beynəlxalq Velosipedçilər İttifaqından kluba məlumat daxil olan kimi, 36 yaşlı idmançı komandanın heyətindən çıxarılıb.

Velosipedçinin komandası ilə müqaviləsi dekabr ayında başa çatır. Mövcud qaydaya əsasən, məsələyə dair qərar verilənədək idmançı komandadan kənarda qalacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti