Fettel Belçika Qran-prisinin qalibi oldu

27 Avqust 2018 16:00 Atçılıq 653
Fettel Belçika Qran-prisinin qalibi oldu

"Ferrari" komandasının alman pilotu Sebastyan Fettel "Formula-1"in 13-cü mərhələsinin - Belçika Qran-prisinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, o, finişə ikinci çatan "Mercedes"in pilotu Lüis Hemiltonu 11,061 saniyə qabaqlayıb.

Mükafatçılar üçlüyünü hollandiyalı Maks Ferstappen ("Red Bull") qapayıb. Şəxsi hesabda liderliyi Hemilton özündə saxlayıb – 231 xal.

Fettel britaniyalı ilə arasındakı xal fərqini 17-yə (214 xal) endirib. Üçlüyü "Ferrari"nin digər pilotu, finlandiyalı Kimi Raykkonen (146 xal) qapayır.

Belçika Qran-prisi. Yekun vəziyyət

1. Fettel (Ferrari)

2. Hemilton (Mercedes)

3. Ferstappen (Red Bull)

4. Bottas (Mercedes)

5. Peres (Force India)

6. Okon (Force India)

7. Qrojan (Haas)

8. Maqnussen (Haas)

9. Qasli (Toro Rosso)

10. Eriksson (Sauber)

Çempionatda vəziyyət:

1. Hemilton — 231

2. Fettel — 214

3. Raykkonen — 146

4. Bottas — 144

5. Ferstappen — 120

6. Rikkyardo — 118

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız