"Əlil arabasında göl mənzərəli dağ panoramasına baxıb, ağlayır"

27 Avqust 2018 09:48 Atçılıq 535
"Əlil arabasında göl mənzərəli dağ panoramasına baxıb, ağlayır"

Bir neçə il əvvəl Fransada xizək sürərkən qəza keçirən və uzun müddət komada qalan keçmiş Formula 1 pilotu Mixael Şumaxerdən xəbər var.

Sportinfo.az xəbər verir ki, əfsanəvi pilotun adı açıqlanmayan qohumları onun İsveçrədəki villasından görünən dağları və gölü seyr edərkən, ağladığını deyiblər:

“Mixael əlil arabasında göl mənzərəli dağ panoramasına baxıb, ağlayır”.

Şumaxerin 2013-cü il dekabrın 29-da Meribeldə keçirdiyi xizək qəzası nəticəsində başı qaya parçasına çırpılmış, beyin travması keçirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti