"Onlara təşəkkür etmək üçün nə qədər söz desəm kifayət etməz"

15 Avqust 2018 09:36 Atçılıq 711
"Onlara təşəkkür etmək üçün nə qədər söz desəm kifayət etməz"

Məşhur avtomobil yarışçısı Fernando Alonso 2018-ci il mövsümünün sonunda "Formula-1"i tərk etmək qərarına gəlib.

Alonso etiraf edib ki, daha da irəliyə getməyin vaxtı çatıb:

"Mən bütün bu mövsümlər ərzində yarışların hər dəqiqəsindən zövq almışam və bu müddəti belə məxsusi edən insanlara təşəkkür etmək üçün nə qədər söz desəm kifayət etməz".

Sportinfo.az xəbər verir ki, ispaniyalı idmançı 2001-ci ildə "Minardi" komandasında debüt etməklə "Kral seriyası"da 17 mövsüm keçirib.

"Renault"a keçdikdən sonra uğur qazanmağa başlayıb. Alonso yeni komandanın heyətində iki dəfə dünya çempionu olub. O, son mövsümü "McLaren"də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız