“Formula-1”-də artıq sezonun yarısı geridə qalıb və 12 Qran-Pri keçirilib.
Komandalar yay fasiləsinə getdiyi vaxtda “YouTube” komandası pilotlar arasında 2018-ci ildə onların ən yaxşı məqamları üzrə sorğu keçirib.
Sportinfo.az xəbər verir ki, “Zauber” komandasından olan Şarl Şekler və “Fors-Hindistan” komandasından olan Serxio Peres Azərbaycanda keçirilən Qran-Pridə iştirakı ilə bağlı fikirlərini bölüşüblər.
Şarl Lekler: “Düşünürəm ki, ən yaxşı nəticəm Bakıda qeydə alındı. Görünür, bir neçə çətin yarışdan sonra Azərbaycanda 6-cı yeri tutmaq ağlasığmazdır”.
Serxio Peres: “Əlbəttə, mənim Bakıdakı çıxışım... Bütün komanda üçün möhtəşəm nailiyyətdir. Bilirsiniz, bu, bizim üçün ağır sezon oldu. Ancaq əvvəlki kimi ilk onluqdayıq. Qarşıda bizi uzun və çox şey vəd edən sezon gözləyir”

