Azərbaycan Qran-prisi "Formula-1"in ən yaxşı yarışı səsverməsində birinci oldu

6 Avqust 2018 09:12 Atçılıq 623
Azərbaycan Qran-prisi "Formula-1"in ən yaxşı yarışı səsverməsində birinci oldu

"Formula-1"in Bakı şəhərində keçirilən Qran-pri mərhələsi mövsümün birinci yarısında ən baxımlı yarış adı uğrunda mübarizədə 62 faiz səs toplayıb.

Sportinfo.az xəbər verir ki, çempionatın rəsmi "Twitter" səhifəsində mərhələli şəkildə yarımfinal və final səsvermələri keçirilib.

Almaniyanın Hokkenhaym şəhərində keçirilən yarış yarımfinalda Silverstoundakına (Britaniya) məğlub olub.

Daniel Rikardonun Çində qazandığı qələbə isə Azərbaycanda baş tutan möhtəşəm mərhələyə uduzub. Final mübarizəsində Bakıdakı yarış 62%–38% hesabı ilə Silverstoundakına qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız