Formula1 üzrə dünya çempionatının sayca 12-ci Mararıstan mükafat yarışında Lüis Həmilton finişə hamıdan tez çatıb.
Sportinfo.az xəbər verir ki, bunun üçün “Mersedes”in sürücüsünə 1 saat 37:16.427 saniyə bəs edib.
Ondan + 17.123 saniyə geri qalan “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel 2-ci, komanda yoldaşı Kimi Rəykkönen 3-cü olublar (1 saat 37:36.528). Yürüş iştirakçıları 4-həftəlik istirahətə çıxırlar. Növbəti mərhələ Belçikada olacaq.

