İcraçı direktor səhhətindəki problemlərlə əlaqədar istefa verdi

22 İyul 2018 09:52 Atçılıq 599
İcraçı direktor səhhətindəki problemlərlə əlaqədar istefa verdi

"Formula 1" yarışlarında çıxış edən "Ferrari"nin sədri və baş icraçı direktoru Sercio Markyonne səhhətindəki problemlərlə əlaqədar istefa verib.

Sportinfo.az xəbər verir ki, italiyalı funksioner keçirdiyi əməliyyatdan sonra səlahiyyətlərini icra edə bilmir.

Direktorlar Şurasının yeni sədri Con Elkann, icraçı direktor Lui Kamilleri olacaq. Kamilleri "Philip Morris International" şirkətinin sabiq prezidentidir. O, Şuranın növbəti iclasında rəsmən təsdiqlənəcək.

Builki "Formula 1" üzrə dünya çempionatında arxada qalan 10 Qran Pridən sonra "Ferrari" 287 xalla 1-ci pillədə qərarlaşıb. Bu komandanı almaniyalı Sebastyan Fettellə finlandiyalı Kimi Raykonnen təmsil edir.

Fettel 171 xalla 1-ci, Raykonnen 116 xalla 3-cüdür. 2-ci pillədə isə 163 xalla "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton qərarlaşıb. Hazırda Almaniyada təşkil olunan növbəti Qran Priyə iyulun 22-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti