Atçılığın konkur növü üzrə yeganə 5 qat olimpiya çempionu Hans-Günter Vinkler 91 yaşında dünyasını dəyişib.
Sportinfo.az xəbər verir ki, Vinklerin ürəyi bu gecə dayanıb.
Almaniyalı idmançı 1956-cı il olimpiadasında məşhurlaşıb. O, ciddi zədəyə rəğmən, komanda və şəxsi birincilikdə qızıl medal qazanmağı bacarıb.
Çapar karyerası ərzində, ümumilikdə, 12 olimpiya medalı qazanıb. O həmçinin 2 dəfə dünya, bir dəfə Avropa, 5 dəfə Almaniya çempionu olub.
Karyerasını 1986-cı ildə başa vuran Vinkler kitablar yazıb, habelə HGW idman marketinq firması açıb. O, Almaniyanın federal ordeni və digər nüfuzlu mükafatları ilə təltif olunub.

