Beynəlxalq Velosipedçilər İttifaqından Sahib Ələkbərova təşəkkür

23 İyun 2018 08:00 Atçılıq 829
Beynəlxalq Velosipedçilər İttifaqından Sahib Ələkbərova təşəkkür

İyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatında paytaxtımızda olmuş Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartien mötəbər yarışın uğurla başa çatması ilə əlaqədar Sahib Ələkbərova təşəkkür məktubu göndərib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidentinə Bakı səfərindən məmnunluğunu ifadə edən Uqonaq, dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu deyib:

“Bu cür böyük tədbiri təşkil etmək olduqca böyük məsuliyyət və əmək tələb edir. Təşkilat komətisinin gördüyü işlər Bakıya gələn qonaqların yaddaşlarında xoş xatirələrlə qalacaq.

Bütün bunları nəzərə alaraq Sizə BMX velosipedinin inkişafına verdiyiniz böyük dəstəyə görə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”.

5 gün davam edən dünya çempionatında planetin 43 ölkəsinin 1520 idmançısı iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti