DÇ-nin keçici bayrağı Bakıda Belçika nümayəndəsinə verildi

11 İyun 2018 00:50 Atçılıq 747
DÇ-nin keçici bayrağı Bakıda Belçika nümayəndəsinə verildi

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Federasiyanın birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq dünya çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib.

Mərasimdə Beynəlxalq Velosipedçilər İttifaqının BMX Komissiyasının və İdarə Heyətinin üzvü Artur Lopes də iştirak edib.

2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.





Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız