Azərbaycandan sonra İspaniya Qran-prisində də qalib oldu

14 May 2018 08:00 Atçılıq 734
Azərbaycandan sonra İspaniya Qran-prisində də qalib oldu

"Mercedes" pilotu Lüis Hemilton İspaniya Qran-prisinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, finişə 1 saat 35 dəqiqə 29,972 saniyəyə çatan böyük britaniyalı idmançı ən yaxın izləyicilərindən finlandiyalı komanda yoldaşı Valtteri Bottası və "Red Bull"un holland sürücüsü Maks Ferstappeni üstələyib.

Daha əvvəl Azərbaycan Qran-prisinin qalibi olan Hemilton 5 yürüşdən sonra 95 xalla liderdir. İkinci pillədə 78 xalla "Ferrari"nin almaniyalı pilotu Sabastyan Fettel qərarlaşıb.

Fettel İspaniya Qran-prisində 4-cü yeri tutub. Bottas 58 xalla üçüncü olub. Növbəti Qran-pri 25-27 may tarixlərində Monakoda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti