Prezidentin qızları məşhurlarla marafonda - FOTOREPORTAJ

14 May 2018 00:30 Atçılıq 1 131
Prezidentin qızları məşhurlarla marafonda - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilib.

Sportinfo.az xəbər verir ki, 18 minə marafonçunun qatıldığı yarışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin siyasətçilər, mədəniyyət və incəsənət nümayəndələri də iştirak ediblər.

Onların arasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və tanınmış müğənnilər yer alıb.

Kişilərdə finişə ilk çatan ukraynalı İqor Oletirenko olub. İkinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu tutub.

Qadınlar kateqoriyası üzrə isə türkiyəli Çelik Fadime finişə hamıdan birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavtikadır. İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova tamamlayıb.














Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız