Azərbaycandan imtina olunur?

5 May 2018 18:00 Atçılıq 903
Azərbaycandan imtina olunur?

“Formula-1” rəhbərliyi Azərbaycan Qran-Prisini Mayamidə keçirilməsi planlaşdırılan mərhələ ilə dəyişmək imkanını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, “Formula-1” və Bakı arasındakı hazırkı müqavilə 2020-ci ildə başa çatır.

Bildirilir ki, Mayami küçələrindəki mərhələ “Formula-1” təqviminə 2019-cu ildə salına bilər. Şəhər şurası bu təklifi müsbət qiymətləndirib.

Lakin Mayami sakinləri bu təşəbbüsü bəyənməyiblər. Yarış zamanı yaranan səs-küy, həmçinin bitkilərin və yolların zədələnməsi onları qane etmir.

Hazırda “Formula-1” təqvimində ABŞ ərazisində bir mərhələ var. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti