“Formula-1” üçün istifadə olunan əmlaka zərər yetirildi

3 May 2018 17:12 Atçılıq 725
“Formula-1” üçün istifadə olunan əmlaka zərər yetirildi

“Formula-1” üzrə Azərbaycan Qran-prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) əmlakına zərər yetirilib. B

Sportinfo.az xəbər verir ki, bu barədə BŞH-dən məlumat verilib.

Bildirilir ki, quruma məxsus əmlaka hər hansı formada zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanunla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək:

“Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir. Yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar BŞH-nin şəxsi mülkiyyətindədir.

Bu əmlaka hansısa formada zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək”.

27 – 29 apreldə keçirilmiş Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti