Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidi

3 May 2018 08:36 Atçılıq 739
Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidi

Formula 1-in rəsmi "Twitter" səhifəsində aparılan sorğunun yekunu üzrə Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in ən yaxşı mərhələsi sayılıb.

Sportinfo.az xəbər verir ki, sorğuda 43419 istifadəçi iştirak edib.

Sorğuya qatılanların 68 faizi Azərbaycan Qran Prisinin lehinə səs verib. Çin Qran Prisi 14 faiz səslə ikinci olub. Sonrakı yerlərdə Bəhreyn (11 faiz) və Avstraliya (7 faiz) gəlir.

27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hemilton olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız