“Formula 1 Azərbaycan Qran Prisi”nə baxmağa Bakıya 94 min azarkeş gəlib

1 May 2018 16:48 Atçılıq 880
“Formula 1 Azərbaycan Qran Prisi”nə baxmağa Bakıya 94 min azarkeş gəlib

Aprelin 29-da başa çatan Formula 1 Azərbaycan Qran Prisinə baxmağa 94 min azarkeş gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Formula 1”in mətbuat xidmətinin "Twitter"dəki səhifəsində qeyd olunub.

Belə olan halda Qran Priyə görə Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Keçən il Bakıda keçirilmiş Formula 1 yarışına 71451 tamaşaçı gəlmişdi.

27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hemilton olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız