Prezidentlə ailəsi Bakıda məşhur yarışı izlədi - FOTOLAR

30 Aprel 2018 08:24 Atçılıq 710
Prezidentlə ailəsi Bakıda məşhur yarışı izlədi - FOTOLAR

Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Qran Prisinin final yarışında ("Mercedes" komandası )Lyuis Hamilton birinci, Kimi Raykonnen, ("Ferrari") ikinci, Serxio Peres ("Force India") üçüncü olub.

Qaliblərə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov tərəfindən mükafatları təqdim edilib. Mərasimdə həmçinin Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov da iştirak edib.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildi.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub.

Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.








Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti