Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışın qalibi

29 Aprel 2018 16:48 Atçılıq 837
Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışın qalibi

“Art Grand Prix” komandasının pilotu Corc Rassel Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışın qalibi olub.

Sportinfo.az xəbər verir ki, britaniyalı pilot 21 dövrəlik yarışda rəqiblərini qabaqlayıb.

“Carlin”nin sürücüsü Serxio Sette Kamara ikinci, “Prema Powerteam”ın pilotu Nik de Vris isə üçüncü yeri tutub.

Qalibi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev mükafatlandırıb. “Formula-2”nin birinci – 29 dövrəlik yarışında “Dams” komandasının pilotu Aleksandr Olbon rəqiblərini qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!