Bir transfer də olacaq, vəsalam!

23 İyul 2024 23:40 Araz-Naxçıvan 1 804
Bir transfer də olacaq, vəsalam!

“Araz-Naxçıvan” Premyer Liqanın startınadək daha bir transfer etməyi planlaşdırır.

Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Təcrübəli funksioner mərkəz müdafiəçisi mövqeyinə legioner almağı qətiləşdirdiklərini bildirib.

O, eyni zamanda qeyd edib ki, bu mövqeyə bir neçə namizəd var, sadəcə, prosesin nə qədər zaman alacağını indidən demək çətindir.

“Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Felipe Santos, Turan Vəlizadə, Karlos Jatoba və Ramon Maçadonu heyətinə qatıb,

Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır