Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verildi – VİDEO+FOTOLAR

7 Dekabr 2023 16:30 Araşdırma 593
Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verildi – VİDEO+FOTOLAR

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Voskanyan Qaqik Aşotinin verilmiş ittihamlarla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hazırda təqsirləndirilən şəxsin vəkili Dilsuz Məmmədov müdafiə çıxışı edir.

Gün ərzində hökm elan ediləcəyi gözlənilir.

Vəkil çıxışında müvəkkilinə münasibətdə ədalətli hökm çıxarılmasını xahiş edib.

“Mən ədalətli mühakimə edilməyimi istəyirəm. Yalvarıram”, - Voskanyan son sözündə deyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.

Prosesdə hökm oxunub.

Hökmə əsasən, Voskanyan Qaqik Aşotin 18 il müddətə azadlıqdan məhrum edilib.

O, təyin olunmuş cəzanın 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.



Digər Xəbərlər
Xəbər Lenti