Bakıda ictimai nəqliyyatla bağlı VACİB XƏBƏR - FOTO

3 May 2024 14:30 Araşdırma 984
Bakıda ictimai nəqliyyatla bağlı VACİB XƏBƏR - FOTO

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq.

Sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində:

- metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;

- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;

- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;

- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.

“Koroğlu”dakı mövcud mübadilə mərkəzi eyniadlı metrostansiyasının platformasından xeyli aralı yerləşir və sərnişinlər bir neçə dəqiqə piyada məsafə qət etməli olur.

Həmçinin mərkəzdən çıxan avtobusların birbaşa Heydər Əliyev prospektinə doğru hərəkəti zamanı tıxaca düşməsi halları yaşanır.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?