COP29

Onlayn oyunlara qoşulanların hesablarından 30 min oğurladı və tutuldu!

28 Aprel 01:50 Araşdırma 371
Onlayn oyunlara qoşulanların hesablarından 30 min oğurladı və tutuldu!

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

“Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər. Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına bildirə bilərlər”, - məlumatda deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
11 May 02:10 Mariyanın son şansı
11 May 01:50 Kim kimi təhqir edir?