5 futbolçu, 1 məşqçi, 1 prezident – Kənarda qalanları siz də tanıyın!

8 May 16:00 Araşdırma 682
5 futbolçu, 1 məşqçi, 1 prezident – Kənarda qalanları siz də tanıyın!

Premyer Liqanın 31-ci turu bəzi rəhbər, məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

7 nəfər çempionatın başa çatmasına 2 tur qalmış baş tutacaq oyunları kənardan izləyəcək.

Bunlardan 5-i futbolçu, 1-i məşqçi, 1-i klub rəsmisidir.

“Sabah”dan Aleksey İsayev, İvan Lepinitsa və Rəhman Daşdəmirov, “Zirə”dən Brahim Konate, “Kəpəz”dən Paçu Lira komandalarına kömək edə bilməyəcəklər.

Səbəb adları çəkilənlərin öncəki turlarda qırmızı vərəqə alması və sarı vərəqə limitini doldurmasıdır.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliç də cəzalı durumdadır.

Mayın 8-də “İmişli” – “Zirə”, “Sabah” – “Kəpəz”, ertəsi “Qəbələ” – “Qarabağ”, “Sumqayıt” – “Araz-Naxçıvan”, mayın 10-da “Turan Tovuz” – “Karvan-Yevlax”, “Neftçi” – “Şamaxı” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var