Azərbaycanda sosial müavinətlər nə vaxt artırılacaq?

13 Mart 07:20 Araşdırma 392
Azərbaycanda sosial müavinətlər nə vaxt artırılacaq?

Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması gündəmdədir. Ancaq hələlik müavinətlərin nə vaxt və nə qədər artırılacağı məlum deyil.

Bu barədə modern.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icrasına başlanılan yeni sosial paket çərçivəsində bu il yanvarın 1-dən minimum əmək haqqı 16 faiz artımla 400 manata, minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb.

"Həmçinin bir çox sahələrdə əmək haqları, 2025-ci ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Sərəncamın icrası olaraq, sosial müavinət və təqaüdlərin də artırılması ilə bağlı təkliflərin Nazirlər Kabineti tərəfindən üç ay ərzində hazırlanıb dövlətimizin başçısına təqdim edilməsi nəzərdə tutulub", - rəsmi cavabda belə deyilir.

DSMF-dən verilən açıqlamadan məlum olur ki, martın 23-dək sosial müavinətlərin nə qədər artırılacağı barədə təkliflər dövlət başçısına təqdim edilməlidir. Müvafiq təkliflər hazırlanmasından sonra sosial müavinətlərin nə qədər artırılacağına qərar veriləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var