Bu klubda ən bahalı oyunçu azərbaycanlıdır  - FOTO

27 Fevral 2025 11:00 Araşdırma 2 348
Bu klubda ən bahalı oyunçu azərbaycanlıdır  - FOTO

Bugünlərdə "Radomyak"a keçən Renat Dadaşov yeni komandasının ən bahalı üzvü olub.

Sportinfo.az “transfermarkt”a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 1,6 milyon avro dəyərində qiymətləndirilir.

Millimizin forvardı Ekstraklasa klubunun ən bahalı oyunçuları arasında birinci pillədədir.

Ümumilikdə, “Radomyak”ın ümumi bazar dəyəri 11,1 milyon avrodur. Klubda Dadaşovdan başqa 1 milyon avro dəyərində oyunçu yoxdur.

"Radomyak"ın digər azərbaycanlı futbolçusu Rahil Məmmədovun qiyməti isə 300 min avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM