Ölkə kubokunun qapıları üç nəfərin üzünə bağlandı - ADLAR

26 Fevral 2025 22:20 Araşdırma 1 315
Ölkə kubokunun qapıları üç nəfərin üzünə bağlandı - ADLAR

Fevralın 27-28-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri baş tutacaq.

Bəzi şəxslər bu oyunların iştirakçısı olmaqdan məhrumdur.

“Səbail”in baş məşqçisi Cavid Hüseynov 2022-23 mövsümündə “Şamaxı”da çalışdığı vaxt, “Zirə”də Rəşad Sadıqovun köməkçisi işləyən Vüqar Məmməd isə 2020-21 mövsümündə “Səbail”də fəaliyyət göstərdiyi dönəmdə aldıqları cəzaların bədəlini tam ödəməyiblər.

Hər iki mütəxəssis bu həftə texniki zonada yer ala bilməyəcək.

“Kəpəz”li Rauf Hüseynli “Neftçi”ylə çempionat qarşılaşmasında olduğu kimi, kubok görüşündə də bu rəqibə qarşı oynaya bilməyəcək. Cinah müdafiəçi cari mövsümdə iki sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.

Fevralın 27-də “Qarabağ” – “Səbail”, “Sumqayıt” – “Sabah”, bir gün sonra “Zirə” – “Araz-Naxçıvan”, “Neftçi” – “Kəpəz” duelləri baş tutacaq.

İlk oyunda “Araz-Naxçıvan” “Zirə”ni, “Qarabağ” “Səbail”i 1:0, “Neftçi” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Sabah” – “Sumqayıt” qarşılaşmasında qol vurulmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti