Rövşən Nəcəf gözlənilməz göstəriş verdi, vaxt qoydu - AFFA-nı hərtərəfli yoxlayın!

1 May 2024 11:40 Araşdırma 10 091
Rövşən Nəcəf gözlənilməz göstəriş verdi, vaxt qoydu - AFFA-nı hərtərəfli yoxlayın!

AFFA-da daxili audit başlayıb.

Bu, federasiyanın yeni prezidenti Rövşən Nəcəfin göstərişidir.

Aprelin 2-də qurumun başına gəlmiş SOCAR-ın patronu AFFA-nın maliyyə hesabatı ilə dərindən tanış olmaq niyyətindədir. Yoxlama yalnız son 1-2 ili əhatə etmir. Nəcəf daha əvvəlki illərə aid xərc və gəlirləri öyrənmək fikrindədir.

O, bununla bağlı ətraflı raport hazırlanmasını istəyib.

Hesabat qarşıdakı 10-15 gün ərzində onun masasının üstündə olmalıdır. Çünki həmin müddətdə AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin ikinci geniş toplantısı keçiriləcək.

Rövşən Nəcəfin son qərarının məqsədi başadüşüləndir - federasiyanı tam 0 vəziyyətində təhvil almaq, ona kimi olmuş borcun yükünü daşımamaq.

AFFA-nın kimdən alacağı, kimə verəcəyi var, bunu dəqiqləşdirməyi özünə hədəf seçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?