"Neftçi"nin ən güclü futbolçusu özünü Zubirlə müqayisə etdi

27 Fevral 01:50 Araşdırma 910
"Neftçi"nin ən güclü futbolçusu özünü Zubirlə müqayisə etdi

CBC Sport telekanalında Aidə Əliyevanın təqdimatında efirə gedən "Legioner" verilişində qonaq olan Kilan Lebon "Neftçi"dəki çıxışından, buradakı həyatından və s. məsələlərdən danışıb.

Onun Zubirlə müqayisə olunmasından söz düşəndə, "Qarabağ"lının daha texnikalı, özünün isə daha sürətli olduğunu deyib.

Həqiqətən də hər ikisi səviyyəli futbolçudur. İkisi də sol cinah hücumçusu mövqeyində çıxış edir. Aralarında əsas fərq birinin "Qarabağ"da, o birisinin "Neftçi"də oynamasıdır. Zubir "Qarabağ"la Avropa Liqasında tarix yazarkən, Lebon "Neftçi" ilə avrokuboklara düşmək uğrunda çarpışır.

"Neftçi"nin səfərdə "Turan Tovuz"la son oyununda da paytaxt komandasının heyətində ən nəzərəçarpan futbolçu Kilan Lebon oldu. Yer aldığı cinahda baş gicəlləndirici reydləri ilə rəqib müdafiəçilərə xeyli çətinliklər yaşatdı.

Yeri gəlmişkən, "Neftçi"də uğursuzluq yaşayan Adrian Mutunun ciddi səhvlərindən biri də Lebona lazımı dəyəri verməməsi oldu. Sol cinahda daha çox Mirzova güvənən Mutu, Lebonu adətən ya ehtiyatda saxlayırdı, ya da sağ cinahda yer verirdi.

"Neftçi"nin ən güclü futbolçusu Kilan Lebondur. Lakin hər bir yaradıcı futbolçu/insan kimi onun da ruhunu duymaq, motivasiya etmək gərəkdir. Təbii ki, "bir güllə bahar olmaz".

Lebonun daha effektiv olması üçün "Neftçi"nin komanda olaraq, vahid bir sistem kimi gəlişməsi mütləqdir. O zaman Lebon da indikindən daha yaxşı olacaq, nəticələr də müsbətə doğru dəyişəcək (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı