Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minalar - VİDEO

22 Fevral 2024 22:10 Araşdırma 415
Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minalar - VİDEO

Azərbaycanın qadınlardan ibarət iki minaaxtaran komandası hazırda Ağdam rayonunun erməni işğalından azad olunan Nəmirli kəndi ərazisini minalardan təmizləyir.

Ərazidə ümumilikdə 25 qadın minaaxtaran, iki qadın paramedik, üç kişi qrup rəhbəri və onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərir.

Bildirilib ki, həmin qruplar tərəfindən indiyədək 595,258 kvadratmetr ərazi minalardan təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da