COP29

AFFA-ya məxsus futbol obyektinin qapıları nə vaxt  açılacaq?

6 Dekabr 2023 10:40 Araşdırma 720
AFFA-ya məxsus futbol obyektinin qapıları nə vaxt  açılacaq?

Bugünlərdə təmirə bağlanan Ağsu şəhər stadionunda işlər davam etdirilir.

AFFA-nın balansında olan arenada aparılan yenidənqurma hələ bir neçə ay çəkəcək.

Federasiyadan redaksiyamıza verilən məlumata görə, futbol qurğusu aprelin sonunda öz qapılarını yenidən azarkeşlərin üzünə açacaq.

Artıq burada söküntü prosesi başa çatıb. Tribunaların tavanı və sınıq-salxaq kresloları sökülüb.

Ağsu stadionu «Difai»nin istifadəsindədir. Qarabağ qazilərinin təmsilçisi mövsümün qalan hissəsində rəqiblərini Şamaxıda qəbul edəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"