Heç olmasa, bu gün qazan, Mərdəkanda varlan!

10 İyun 09:40 Milli komanda 1 818
Heç olmasa, bu gün qazan, Mərdəkanda varlan!

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Fernandu Santuşun komandası Bakıda Macarıstanı qarşılayacaq.

Yıbmamız iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

“Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək görüşü boş keçməmək mümkündür. Bunun üçün qələbə mütləqdir.

Əgər belə olarsa, AFFA rə hbərliyi yenə əlini cibinə salacaq və... Oradan 10 min manat çıxacaq.

Bu, son 1 ildə qalibiyyət üzü görməyən komandamızın hər bir üzvünə çatacaq mükafatın məbləgidir.

Başqa sözlə, federasiya Ridakı matça olduğu kimi, Mərdəkandakı mücadiləyə də fond ayırıb.

aSPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı